
“Biz Ermənistan və NATO münasibətləri barədə ictimaiyyəti xəbərdar etmək istəyirik.
Həmin məqsədlə də oxşar tədbirlər təşkil edirik nümayiş etmək üçün ki, bizim tərəfimizdən NATO ilə müttəfiqliyimiz amilində nələr həyata keçirilir”-deyərək bu gün “NATO həftəsi” rəmzini daşıyan tədbirlər çərçivəsində YDU-nin tələbələriylə görüşərkən ER XİN Silahlandırmalara üzrə nəzarətçi və beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Qaqiq Hovanisyan bəyan edib.
Onun sözlərincə Ermənistan NATO ilə qarşılıqlı mənfəətli əməkdaşlığını davam etdirəcəkdir.
“Hazırda Ermənistan-NATO çərçivəsində 2014-16-cı illərdəki fərdi həmkarlıq proqramı həyata keçirilir.Ümidvaram ki, artıq gələn ildə bununla bağlı yeni sənədimiz olacaq.
Həmkarlıq münasibətlərinin gələcək gedişatını, siyasi dialoqu hər iki tərəfin səfərləri çərçivəsində ən yüksək səviyyələrlə müzakirə ediblər”.
Qaqiq Hovhanisyanın nəzərincə Ermənistan təhlükəsizlik arenasında beynəlxalq təhlükəsizlik məsələsində özünün müvafiq əməyini sərf edir.
“Ermənistan beynəlxalq sistemin məsuliyyətli üzvüdür və təhlükəsizliyə istiqamətlənmiş proqramlarda özünü əməyi var.
2004-cü illərdən başlayaraq, biz beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edirik.
Ermənistanın ordu xidmətçiləri Kosovoda, Əfqnanıstanda,Malidə, Livanda sülhməramlı əməliyyatlarda iştirak etmişlər.
Onların iştirak etməsisə Ermənistana imkan verdi ki,təhlükəsizlik tərəfdarından təhlükəsizliyin təmin edicisinə çevrilsin”.
XİN Silahlandırmalara nəzarətedici və beynəlxalq təhlükəsizlik idarəsinin rəisi əlavə etdi ki, əgər əvvəllərdə biz təhlükəsizliyin qorunması deməklə xalqın, dövlətin qorunması anlayırdıqsa, indisə onun altında daha əhatəli konsept adamlar, ətraf mühit kibertəhlükəsizlik anlaşılmalıdır.
“Buna həmçinin beynəlxalq təhlükəsizliyin ən böyük təhlükəsi olan terrorizm əlavə olunur,yəni ”İslam dövləti” və onun dairələri”.
YDU tələbələriylə görüşərkən həmçinin ER –da ABŞ –ın, Böyük Britaniyanın, Almaniya Respublikasının fövqalədə və səlahiyyətli səfirləri iştirak etmişlər.