KTMT quruma üzv ölkələrin ordularını gücləndirmək üçün tapşırıqlar hazırlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ekspertləri quruma üzv ölkələrin silahlı qüvvələrinin müdafiəqabiliyyətliliyinin yüksəldilməsi və təşkilatın kollektiv təhlükəsizlik sisteminin mükəmməlləşdirilməsi üzrə tövsiyələr hazırlayıblar. Bu haqda noyabrın 18-də Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, 16-17 noyabr tarixlərində KTMT birləşmiş qərargahının təşəbbüsü ilə Minskdə “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin hərbi təhlükəsizliyinin təminatı maraqlarına uyğun kollektiv çevik hərəkət qüvvələri (KÇHQ) çoxmillətli kontingenti idarəsinin problemli məsələləri” beynəlxalq hərbi-elmi konfrans keçirilib.
“KTMT birləşmiş qərargahı, KTMT-yə üzv olan ölkələrin hərbi idarələri, Belarusun güc strukturlarının nümayəndələri təşkilata üzv dövlətlərin hərbi təhlükəsizliyinin təminatı maraqlarına uyğun kollektiv çevik hərəkət qüvvələri çoxmillətli kontingenti idarəsinin problemli məsələlərini müzakirə ediblər.”, – məlumatda söylənilir.
Konfrans iştirakçıları çıxışlar və hesabatları dinləyib, KÇHQ çoxmillətli kontingentlərinin idarəetmə məsələlərini müzakirə ediblər və bildiriblər ki, kollektiv təhlükəsizliyin Şərqi Avropa regionundakı hərbi-siyasi vəziyyəti beynəlxalq və regional təhlükəsizlik sahəsindəki gərginlik və mənfi tendensiyalarla xarakterizə olunur.
“Bu və digər faktorlar KTMT KÇHQ idarəsinin təşkilinə baxışlar və yanaşmalara yenidənbaxılma zərurətini öncədən müəyyən edir.”, – idarənin məlumatına əlavə edilib. Konfrans iştirakçıları KÇHQ-nin çoxmillətli kontingentinin idarəsi məsələlərinin inkişafı və mükəmməlləşdirilməsinin KTMT-yə üzv dövlətlərin prioritet tapşırığı olduğu qənaətinə gəliblər. “Belə idarəetmə vahid fikir və plan üzrə, uzlaşdırılmış idarəetmə orqanlarının rəhbərliyi altında vahid idarəetmə sistemində həyata keçirilməlidir. Konfrans zamanı yekun qətnamədə əksini tapan bir sıra tövsiyələr hazırlanıb. Onların realizəsi üzv dövlətlərin silahlı qüvvələrinin müdafiəqabiliyyətliliyinin yüksəlməsinə və KTMT kollektiv təhlükəsizlik sisteminin mükəmməlləşdirilməsinə yardımçı olacaq.”, – mətbuat xidmətindən bildirilib.