Siyasət

Vigen Sarkisyan və İsveç səfiri ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin imkanlarını müzakirə etdilər

Ermənistn Respublikasının müdafiə naziri Vigen Sarkisyan İsveç Krallığının ER-da Fövqəladə və Səlahiyyətli Səfiri Martina Kuiki və ER-da İsveç Krallığının müvəqqəti müvəkili Marqarita Kristiantsonu qəbul edib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə tərəflər müdafiə sahəsində mövcud əməkdaşlığının inkişaf etdirilməsinin imkanlarını müzakirə etdilər. Qeyd olundu ki, aktiv müdafiə əməkdaşlığının mövcud olmamasına baxmayaraq, Ermənistan və İsveç NATO-nun tərəfdaş ölkələri olaraq bir sıra sahələrdə, eləcədə ATƏT çərçivəsində əməkdaşlıq edirlər.

İkitərəfli münəsibətlərə yeni təkən vermək üçün tərəflər hərbi-siyasi formatda, həmçinin BMT çərçivəsində sülhməramlı əməliyyatlarda əməkdaşlığa dair razılıq əldə ediblər.
Görüşdə, həmçinin regional təhlükəsizliyə dair fikir mübadiləsi aparıldı.

Daha çox göstər
Back to top button