Nalbandyan Kosaçevə apreldən sonra yaradılmış vəziyyəti təqdim etdi

ER Xİ naziri Edvard Nalbandyan RF Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçevin başçılıq etdiyi parlament nümayəndə heyətinə apreldə Artsaxa qarşı Azərbaycanın başlatdığı genişmiqyaslı təcavüz nəticəsində yaradılmış vəziyyəti təqdim etdi.
Nazir vurğulayıb ki, Vyana və Sankt-Peterburq zirvələrində əldə edilmiş razılaşmaların həyata keçirilməsi zərurətdir.
XİN mətbuat, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Yaxın Şərqdəki və xüsusilə Suriyadakı vəziyyətə, böhranın aradan qaldırılması üçün mümkün yollarına da toxunulub. Suriyadakı ermənilərə və Ermənistanın onlara göstərdiyi dəstəklərə xüsusi diqqət ayrılıb.
Görüşdə iki tərəfli əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, beynəlxalq təşkilatların parlament əməkdaşlıq formatları çərçivəsində də fikir mübadiləsi aparılıb.