Təhlil

Artak Zakaryan genişmiqyaslı müharibə ehtimalı görmür

Qarabağ-Azərbaycan təmas xəttində Azərbaycan tərəfindən atəşkəs rejiminin pozuntuları göztərirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına hələ hazır deyil. Bu haqda “Armenpress”-ə müsahibədə ER Parlamentinin Xarici Əlaqələr komitəsinin sədri Artak Zakaryan bildirib.

“Biz Azərbaycandan həmişə təhlükə və təhdid gözləməliyik. Təhlükə intensivliyinin necə olacağını da zamanla görürük, lakin hazırda genişmiqyaslı müharibə ehtimalı yoxdur”,-deyə Zakaryan qeyd etdi.

Onun sözlərinə görə, müharibə ehtimalı yoxdur, çünki regionda qüvvələr balansı var. “Belə bir ehtimal yoxdur, çünki Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunun qabağlayıcı funksiyası var. Paradoks odur ki, bu gün Əliyevin siyasəti üçün çıxılmaz bir durum yaradıldı. Danışıqlar və sülh haqqında danışmaları göstərirlər ki, Əliyev həyata keçirdiyi saxta siyasətini açıqça qəbul edəcək. Müharibəyə və yeni avantyuralara getmək böyük riskdir və bütün Azərbaycan cəmiyyəti üçün dağıdıcı ola bilər”.

Daha çox göstər
Back to top button