Beynəlxalq
Ceyms Uorlik ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən gedir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik 2016-cı il dekabrın 31-də tutduğu vəzifədən gedəcək. “Armenpress” xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
Ceyms Uorlikin həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır. “Mənim üçün Dövlət Departamentində 30 ildən artıq müddətdə çalışmaq şərəf idi”, – deyə səfir öz mikrobloqunda yazıb.
O, həmçinin əlavə edib ki, o, Rusiyada ən böyük və prestijli hüquq firması olan “Yeqorov, Puqinskiy, Afanasev və tərəfdarları”-da çalışacaq.
Uorlik, 2013-cü ildən Minsk qrupunun həmsədri kimi xidmət etmişdir.