Almanya səfiri “Ermənistan-Aİ arasında çərçivə sazişi üçün danışıqlar çox uğurlu həyata keçirilir”

Ermənistan və Aİ arasında çərçivə sazişi üçün danışıqları çox uğurlu həyata keçirilir. Danışıqların sonrakı mərhələsi dekabrda baş tutacaq.
Bu haqda jurnalistlər ilə görüşündə Ermənistanda Almanya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Matias Kisler qeyd etdi.
“Mən əminəm ki, Aİ eyni zamanda ayrı üzv ölkələr bu əməkdaşlığa, bu imzalanacaq sazişə yeni təkan verməkdə maraqlıdırlar”,-deyə səfir qeyd etdi.
O, vurğuladı ki, məhz belə xəbərlər Ermənistanla maraqlı Avropalı biznesmenləri burada öz iqtisadi lahiyələrini həyata keçirməyə təşvik edə bilər.
Viza rejiminin liberallaşdırılmasına toxunaraq səfir qeyd etdi ki, Ermənistan vətəndaşlarının gedişat qaydaları olmadan Avropaya getmək ilə əlaqədər istəyini qəbul edirəm, amma hələ məlum deyil ki, Aİ ilə dialog nə vaxt başlayacaq.