BaşlıcaSiyasət

Ermənistan T-72 tanklarının modernizasiya mərkəzini yaratmaq təklifini edib

Ermənistan Müdafiə nazirinin müavini Davit Paxçanyan, ölkədə rus hərbi texnikanın,xüsusən T-72 tankların modernizasiya mərkəzini yaratmaq təklifini edib.

”Lenta.ru”-nun verdiyi məlumata görə, o haqda Rusiyanın Sənaye və ticarət naziri Denis Manturov ilə görüşərkən bəyan edib.

Paxçanyan qeyd edib ki, ölkə “Uralvaqonzavod” korporasiyasıyla işgüzar əlaqələrə malikdir.Texnikanın təmir edilməsi yerli müəssisələrdə həyata keçirilir. Lakin modernizasiya “Uralvaqonzavod”-da keçirilir.

“Biz istəyirik ki, nəinki yalnız məsələn T-72 tankları təmir edək, həm də, onları modernizasiyalaşdıraq.Ona görə ki, onları Rusiyaya göndərərkən demək olar ki, tankın qiyməti dəyərində başa gəlir”-deyərək o bəyan edib.

Nazir müavini qeyd edib ki, lazerli texnikanın, radiofizikanın və rabitə sahələrində əməkdaşlıq üçün potensial vardır.

Rusiyalı nazir, mənbəyə əsasən erməni tərəfindən xahiş edib i, o istehsalat müəssisələrinin siyahisini təqdim etsin hansılarla əməkdaşlıq etməyə potensial var.

Daha çox göstər
Back to top button