Stoltenberg NATO-Ermənistan və NATO-Azərbaycan münasibətləri Qarabağ məsələsi ilə bağlamamağa çağırıb
NATO Qarabağ münaqişəsi ilə bağlı danışıqlarında iştirak etmir və heç hansı bir rolu yoxdur.
Bu haqda NATO baş katibi Yens Stolenberg İstanbulda NATO Parlament assambleyasinin pleniumunda bildirdi.
Onun sözlərinə görə, NATO Qarabağ münaqişəsəsinin nizamlanması üçün ATƏT-in Minsk Qrupunun səylərinə dəstək verir. “Biz bu prosesdə maraqlıyıq və tərəflərə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində göstərdiyi səyləri davam etməyə çağırırıq”. NATO baş katibi qeyd etdi ki, münaqişəsinin nizamlanması NATO üçün çox önəmlidir. O, NATO-Ermənistan və NATO-Azərbaycan münasibətlərini Qarabağ məsələsi ilə bağlamamağa çağırıb.
“Mən dəqiq bir səkildə dedim ki, bu məsələdə NATO iştirak edmir və Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda heç hansı bir rolu yoxdur”.