
“Mənim Artsaxım” rəmzini daşıyan “Telemaraton 2016”-cı il astanasında Artsax Respublikasının baş nazir müavini Artur Ağabekyan və Artsax dini teminin fəalı Parkev arkepiskopos Martirosyan Amerika Birləşmiş Ştatlarda yerli nüfuzlu təşkilatların missionerləriylə görüşməyi davam edirlər.
Verilən məlumata görə, Artsaxın baş nazir müavini və dini lider Martirosyan Amerikanın Erməni Qurultayının müdirlər şurasıyla görüşmüşlər.
Artur Ağabekyan Qurultayın rəhbərliyinə Artsaxa daima dəstək olduqlarıuçün minnətdarlıq bildirib.
Tərəflər Artsaxın və Birləşmiş Ştatların arasında iqtisadiyyat və siyasət əsaslı bir sıra məsələləri müzakirə etmişlər.
Amerikanın Erməni Qurultayı missionerləri “Hayastan” Ümumerməni Fondu tərəfindən Artsaxda həyata keçirilən proqramları olduqca mühüm hesab etmişlər.
Həmin kontekstdə “Telemaraton 2016”-ya özlərinin yardım etməyə hazır olduqlarını bildirmişlər.Onun nəticəsində bu ildəki vəsait Artsaxın sərhədyanı yaşayış yerlərində yaşayan və rəqibin son aqressiyasından daha çox zərər çəkmiş ailələrə yardıma və yaşayış yerlərinin bərpasına istiqamətləndiriləcək.
Baş nazir müavini Ağabekyan və Müqəddəs Parkev həmçinin Erməni Xeyriyyəçilər Birliyinin Mərkəzi idarəsinin üzvüləriylə görüşmüşlər.
Öz sözündə A.Ağabekyan təşkilatın cavabdehlərinə Artsaxda mütəmadi olaraq xeyirxahlıq proqramlarını həyata keçirmək üçün təşəkkür bildirib.