Avropa Parlamentində Türkiyə ilə danışıqların dayandırılmasını istəyirlər

Avropa Parlamentində (AP) keçirilmiş “AB-Türkiyə münasibətləri” adlı iclasda AP iki ən böyük fraksiyasının liderləri Avropa İttifaqını Türkiyənin bu quruma daxil olması ilə bağlı danışıqları dayandırmağa çağırıb. Bu barədə “Deutsche Welle” məlumat verir. “Bizim Türkiyəyə ismarıcımız tam aydındır: bu ölkənin Aİ-yə daxil olması barədə danışıqlar dərhal dondurulmalıdır”, – sağ-mərkəz yönümlü Avropa xalq partiyasının lideri Manfred Veber bəyan edib. “Biz Türkiyə ilə danışıqların dayandırılmasını istəyirik” – sosialistlərin lideri Canni Pittella deyib.
Deputatlar öz mövqelərini Türkiyədə cari il hadisələrindən sonra aparılan araşdırmalar zamanı Türkiyə vətəndaşlarının haqlarını pozulması və dövlət strukturlarında kütləvi ixtisarların qəbuledilməz olması ilə əlaqələndirirlər. Manfred Veber qeyd etdi ki, hüquqi dövlət baxımından Türkiyə Myanmadan bilə geridir və onun fikrincə, hazırda Ankara ilə danışıqları dondurmaq lazımdır.