Ermənistan ixrac edilən elektrik enerjisinin həcmini artıracaq

Ermənistanın ixrac olunan elektrik enerjisinin həcmini artırma məqsədi var. “Armenpress” ilə müsahibədə ER Enerji və Təbii Qaynaqlar nazir müavini Hayk Harutyunyan deyib ki, ixrac olunan mallarında elektrik enerjisinin də həcmini artmağa üçün addımlar atırlar.
“Ermənistandan ixrac edilən malların siyahısında elektrik enerjisi 6-cı yerdədir. Biz bunu artırmaq istəyirik. Regional inteqrasiyası məqsədilə əhəmiyyətli iş aparılır. Hazırda iki elektrik ötürücü xətləri inşaat edirik. Biri İrana, digəri isə, Gürcüstana. 2019-cu ilədək iki istiqamətdə də işlərimizi biritmək istəyirik. Bunun nəticəsində qarşılıqlı tranzit gücümüz 10 dəfə artacaq. Ermənistan ciddi tranzit ölkə olacaq. Bu halda, imkanlarımızı səmərəli istifadə edə biləcəyiq”,-deyə Hayk Harutyunyan bildirib.