Siyasət

Ermənistan-Rusiya arasında birgə layihələri üzrə yol xəritəsi hazırlanacaq

Ermənistan və Rusiya arasında birgə layihələri üzrə yol xaritəsi hazırlanacaq. Bu haqda Yerevanda ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyində nazir Suren Karayan və RF Sənaye və ticarət naziri Denis Manturov görüşündə bildirilib.

Nazirliyindən verilən məlumatlara görə, Suren Karayan qeyd etdi ki, Nazirlik baş nazirlə olan görüş zamanı əldə edilmiş razılaşmalarının həyata keçirilməsini aparacaq. Suren Karayanın sözləri ilə malların üçüncü ölkələrə ixracatı iki ölkədə də sənaye inkişafı üçün yaxşı ola bilər.

Rusiya Sənaye və ticarət naziri Denis Manturov isə, üçüncü ölkələrə ixracat imkanlarından danışaraq bu kontekstdə iş adamları üçün lazımi şəraitlərin təmin edilməsinə əhəmiyət verib.

Tərəflər Denis Manturovun təklifi ilə kiçik və orta müəssisələrin birgə layihələri üzrə yol xəritəsi hazırlanma barədə razılığa gəliblər.

Görüşdə nazir Suren Karayan əməkdaşına erməni istehsalı olan Armphone telefonunu təqdim etdi.

Günün sonunda isə, qonaqlar Erməni Soyqırımı qurbanlarının xatirə kompleksi Tsitsernakaberdi ziyarət edərək Mets Yeğern qurbanlarının xatirısini yad ediblər. Nazir Denis Manturov orada ziyarətçilərin xatirə kitabında not yazıb.

Daha çox göstər
Back to top button