Təhlil

FPC azərbaycanlı fəalların xaricdə də təqib edildiyini yazır

Keçmiş SSRİ məkanındakı təhlükəsizlik xidmətləri rejimopponentlərini təkcə ölkə daxilində yox, xaricdə də mütəmadi olaraq təqib edirlər.

Bunu Britaniyada qərarlaşan Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzi öz yeni hesabatında yazır.

Hesabatın adı da belədir – “Gizlənməyə yer yoxdur: Keçmiş SSRİ-dən olan kəşfiyyat xidmətlərinin ictimai fəalları xaricdə sıxışdırması”.

Hesabata görə, bu sahədə ən çox Özbəkistan, Tacikistan, Rusiya, Azərbaycan və Qazaxıstan rejimləri fərqlənir. Bu ölkələrin xüsusi xidmətləri ölkə sərhədləri xaricində də dissident səsləri boğmaqla məşğuldurlar. Onların hədəfi ölkədən çıxıb gedən və ya xaricdə olan fəallardır. Bunlar – jurnalistlər, alimlər, vətəndaş cəmiyyəti fəalları, müxalifət hərəkatlarının və partiyalarının üzvləri, qadağan olunan dini qrupların üzvləri və ekstremist elan olunan dini xadimlərdir.

Hesabatda deyilir ki, bu adamlar nəinki fiziki izlənməyə və sıxışdırmalara məruz qalırlar, onları öz ölkələrinə geri qaytarmağa cəhd olunur, hücumlara məruz qalırlar,oğurlanma və hətta sui-qəsdcəhdləri ilə üzləşirlər.

Hesabatda məsləhət görülür ki, Avropanın Təhlükəsizlik xidmətləri xarici kəşfiyyatların bu fəaliyyətinə diqqət yetirsinlər. Tövsiyyə olunur ki, Avropa xüsusi xidmətləri fəalların e-maillərini, telefonlarını və sosila media hesablarını kənardan haker hücumlarından qorumağa kömək etsinlər.

AZƏRBAYCAN

Hesabatda Azərbaycan barədə deyilir ki, rəsmi Bakının 2015-ci il aprelin 30-da verdiyi qərara görə, xaricdə yaşayan azərbaycnlıların səfirlikdə qeydiyyata düşməyi məcburidir. Ölkədən çıxıb getmişsiyasi mühacirlərin fikrincə, bu, xaricdəki mühacirləri izləməkdə vəcəzalandırmaqda növbəti cəhddir.

Foreign Policy Center-in hələ 2014-cü il hesabatına görə, xaricdə yaşayan siyasi fəallara ən güclü təzyiqlərdən biri onların vətəndə qalan ailə üzvlərini sıxışdırmaqdır. Başqa güclü vasitə İnterpol yolu ilə və ya ekstradiksiya yolu ilə fəalın qaytarılmasıdır.

Foreign Policy Center – Xarici Siyasət Mərkəzi Britaniyada mənzillənmiş müstəqil beyin mərkəzi hesab olunur.

Bunlar Xarici Siyasət Mərkəzinin noyabrın 22-də yayılan hesabatında səslənmiş fikirlərdir. Hələlik buradakı ittihamlarla bağlı rəsmi Bakının hər hansı reaksiyası səslənməyib.

Daha çox göstər
Back to top button