BaşlıcaSiyasət

MDB Müdafiə Nazirləri şurasının katibi Yerevana səfər edib

MDB Müdafiə nazirləri şurasının katibi,general-mayor Yuri Daçkin noyabrın 22-də Yerevana səfər edib.

İkigünlük səfərin birinci günü Yuri Daçkini ER MN idarəçilik kompleksində ER Müdafiə naziri Viqen Sarkisyan və ER SQ baş qərargah rəisi, general-leytenant Movses Hakobyan qəbul edib.

Görüş ərzində beynəlxalq təhlükəsizliyə dair məsələlər müzakirə olunacaq.

ER Müdafiə nazirliyinin mətbuat və informasiya xidmətindən verilən məlumata görə, MDB Müdafiə Nazirlər şurasının katibi öz sözündə MDB Müdafiə Nazirlər şurasının yaranmasının 25 illiyinə həsr olunmuş tədbirləri olduqca mühüm saymışdır ki, onların keçirilməsi 2017-ci ildə nəzərdə tutulub.

MDB çərçivəsində nəzərdə tutulan birgə tədbirlər, sistemləşdirici komitələrin sessiyaları, təhsil-metodlu toplanışların keçirilməsi və 1941- 1945-ci illərdə Böyük Vətən müharibəsinin 75-ci ildönümünə həsr olunmuş yubiley tədbirlərinə geri nəzər salınıb.

Görüşlər ərzində həmçinin Moskvada keçiriləcək MDB Müdafiə Nazirləri şurasının növbəti sessiyasına hazırlıq prosessi və gündəlik məsələlər mühüm sayılmışdır.

Tərəflər hərtərəfli dirçələn əməkdaşlığın inkişafı yollarına toxunmuşlar.

İşgüzar səfər ərzində noyabrın 23-də MDB Müdafiə Nazirlər şurasının 2016-cı ildəki iş planına əsasən Yuri Daçkin MDB Müdafiə Nazirləri şurası nədznində keçirilən növbəti sessiyada iştirak edəcək.

Daha çox göstər
Back to top button