Artak Zakaryan Meksikada DQ məsələsinin hazırkı xüsusiyyətlərini təqdim edib

ER Milli Parlamentin Xarici əlaqələr üzrə daimi komissiyanın sədri Artak Zakaryanın Meksikaya etdiyi səfəri çərçivələrində öz görüşləri zamanı DQ məsələsinin hazırkı mərhələsinin xüsusiyyətlərini təqdim edib.
O, Meksika Senatının Xarici münasibətlər üzrə daimi komissiya sədri Qabriela Quevas Baronla,Senatın Asiya regionunun Xarici komissiyasının sədri Senfilo Tores Orsoy ilə və iki komissiyalar senatorlarıyla görüşlər keçirib.
Senatorların xahişiylə Artak Zakaryan ER daxili və regionala dair inkişafları, Ermənistanın ticari-iqtisadi fəaliyyətini genişləndirmək və investisiyaları ruhlandırmaq işində olan üstünlüklərini təqdim edib.
O, DQ əsas məsələsinin hazırkı mərhələsinin xüsusiyyətlərinə geri dönərək qeyd edib ki, beynəlxalq strukturlar və ayrılıqda dövlətlər tərəfindən regionda sülh və sabitliyi qorumaq üçün tarazlı mövqelər olduqca məqsədyönlüdür.
Həmin gün Artak Zakaryanın Meksikanın Xarici münasibətlər üzrə katibi (Xİ naziri) Qlaudia Ruis Masye ilə görüşü olub.
ER Parlamentinin Xarici komissiya sədri regional inkişafları,DQ əsas məsələsinin hazırkı gedişatını, Ermənistan_AB,Ermənistan Aİİ (Avrasiya İqtisadiyyat İttifaqı) əməkdaşlığının inkişafı dinamikasını təqdim edib.
Şərtləşmə əldə olunub ki, Ermənistan-Meksika diplomatik münasibətlərinin 25-ci ildönümü çərçivələrində qarşılıqlı səfərlər təşkil edilsin.