Talişin muxtarı: “Düşünməsinlər ki, kəndimiz sahibsizdir”

Artıq bir neçə gündür ki, Mardakert rayonunun Taliş kəndi yenidən “nəfəs almağa” başladı. Aprel müharibəsindən sonra kəndəd ilk dəfə bacadan tüstü çıxıb. Müharibədən sonra kənddən gedən sakinlərdən bəziləri kəndə qayıdaraq orada yaşamağa və sahiblik etməyə başladılar. Təhlükə altında olduklarını nəzərə alaraq Talişə hələ ki, yalnız kişilər dönüblər.
“10 nəfərdirlər. Kəndin sakinlərindən, kəndin kişilərindəndirlər. Hamının ailələri isə, Alaşandadırlar. Evlərə, torpaqlara zərər gəlməməsi üçün kəndlilərin kəndə olduğunu çox önəmlidir. Düşünməsinlər ki, kəndin sahibi yoxdur. Biz də nə edəcəklərimizi düşünürük. Hazırda kəndi işıqlandırma üçün çalışırıq. Sonra isə, su təchizatı şəbəkəsi üzərində işləyəcəyik”,-deyə Taliş muxtarı Vilen Petrosyan bildirib. O, aprelmüharibəsindən sonra kəndlilər ilə Alaşanda yaşayır.