Təhlil

Tarixi, mədəni və siyasi işğalçı kimi hesab edilən bir ölkə işğal haqqında danışa bilməz: Davit Babayan

Artsax Respublikası Prezidentinin mətbuat katibi Davit babayan “Panorama.am”-in müxbiri ilə müsahibədə Türiyə prezidenti Ərdoğanın DQ münaqişəsinin nizamlanmasına dair bəyanatına, guya ki, erməni qüvvələri “İşğal edilmiş” əraziləri tərk etməlidirlər, toxunraraq qeyd etdi: “Tarixi, mədəni, siyasi və mənəvi baxımdan işğalçı olan bir ölkə və belə bəyatanlar edir və işğaldan danışır. Hansı bir ölkə ilə üz-üzə olduğumuzu aydındır”.

Babayanın sözlərinə görə, Türkiyənin yanaşması heç də dəyişməmiş. Bu ölkə həmişə də açıq şəkildə Azərbaycanı dəstəkləmişdi və dəstək verməyə davam edir.

“Bu, ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında Türkiyəni görmək istəyənlərə və Azərbaycana yaxşı cavab olub. Belə bəyanatlar edən Türkiyə həmsədr ölkə ola bilməz”,-deyə Babayan qeyd etdi.

Babayan Ərdoğanın bu bəyanatını “siyasi rentgen” kimi hesab etdi.

“Əgər Türkiyənin Cənubi Qafqazın siyasətinə müdaxilə etmə imkanı olarsa, nələr olacaqdı təsəvvür edə bilərik. Bu ölkənin əsas məqsədi Artsaxın və ermənistanın yox edilməsidir. Bu bəyanatı isə, bu məqsədinin çox aydın əksi idi”.

Babayan ilk növbədə ayıq olmağa çağırıb.

“Çox insanlar balanslaşdırılmış xarici siyasətimizi sarsmağa çalışırlar. Bu, ayıq olmamız üçün bir impulsdu, çünki qonşumuzun yanaşmalarında heç bir dəyişiklik olmadı. Beləliklə Soyqırımı tanımayan Türkiyə soyqırım politikasını davam edir”,-deyə Babayan qeyd etdi.

Daha çox göstər
Back to top button