BaşlıcaBeynəlxalq

Ermənistan xarici işlər naziri: “Ermənistan Azərbaycan və Dağlıq Qarabağ konfliktinin nizamlanmasında sülhə cəhd edir”

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Frankofonya Nazirlər zirvəsində çıxış edib. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyinin verdiyi xəbərə görə çıxışda nazir Nalbandyan Qarabağ konfliktinə toxunaraq xüsusən deyib:” Ermənistan Azərbaycan və Dağlıq Qarabağ konfliktinin nizamlanmasında sülhə cəhd edir. Bildiğinizə görə 2016-cı ildə aprelin başlanğıcında Artsaxa qarşı Azərbaycan tərəfindən həyata keçirilmiş irimiqyaslı hücum çox itkilərin səbəbi oldu və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkiatının Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə həyata keçirilən danışıqlar prosesini pozdu.
Biz Frankofonya baş katibinə təsəkkür edirik, çünki Kinşasa və Dafr zirvələrində Frankofonya dovlətləri və hökümətləri bu konflikt ilə əlaqədar bəyanatlar qəbul etdi, bundan əlavə bütün tərəflərə 1994-cü ildə imzalanmış atəşkəsə hörmət göstərməyə, eyni zamanda Dağlıq Qarabağ konfliktinin sülh yoluyla və daimi olaraq həll edilməsinə çağırıb.
Ermənistan Minsk qrupunun həmsədrləri tərəfindən ayrılamaz bütövlülük olaraq irəli sürülmüş prinsiplərə və xüsusən qüvvənin və qüvvə təhditinin tədbiq edilməməsi , torpaq bütövlüyü, bu konfliktin yaxşı balanslaşdırılmış və daimi təməl kimi hüquq bərabərliyi və öz müqəddəratını təyin etmək haqqına dayaklanaraq bu konfliktin sülh yoluyla nizamlanmasına sadiq qalmaqda davam edir.”

Daha çox göstər
Back to top button