Siyasət
NATO-nun PA yeni sədri və erməni nümayəndələri arasında səmərəli əməkdaşlıq var

NATO Parlament Assambleyasının başa çatmış iclasında assambleyanın yeni sədri seçilib. Bu haqda jurnalistlər ilə görüşdə NATO Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin başçısı, Parlamentdə Ermənistan Respublika Partiyasının deputatı Koryun Nahapetyan bildirib.
“Assambleyanın yeni sədri İtaliya nümayəndəsi Paulo Alidir. Qeyd etmək istəyirəm ki, biz onunla olduqça uzun zamandır səmərəli əməkdaşlıq edirik”,-deyə Nahapetyan bildirib.
O vurğulayıb ki, NATO Parlament Assambleyasının yeni sədri Ermənistanı da ziyarət etmişdi və bundan başqa, Ermənistan nümayəndələri onunla həmişə də əməkdaşlıq etmişlərdi.