Siyasət

AXCP fəalı həbs edilib

Noyabrın 25-də AXCP Gənclər Komitəsinin fəalı İslam Sahiboğlu inzibati qaydada 30 sutka həbs edilib.

AXCP sədrinin müavini Gözəl Bayramlı Turan-a bildirib ki, I.Sahiboğlu bu gün səhər saatlarında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparılıb.

“Axşam saatlarında İslam Şahinoğlu zəng edərək deyib ki, Yasamal Rayon Məhkəməsi polisə müqavimət ittihamı ilə onun 30 sutka inzibati həbsi barədə qərar qəbul edib”, – G.Bayramlı bildirib.

AXCP sədrinin müavini gənc fəalın həbsini qanunsuz adlandırıb. “Hakimiyyətin AXCP-yə qarşı repressiya siyasəti davam edir”, – o vurğulayıb.

Hüquq-mühafizə orqanları AXCP fəalının həbsi barədə hələ şərh verməyiblər.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button