ER Ombudsmanı BMT-nın Ali Komissarına Bakı vəhşiliklərinin konkret nümunələrini təqdim etdi

ER Ombudsmanı Arman Tatoyan Cenevrədə BMT-nın İnsan Hüquqları üzrə Ali Komissarı Zeid Raad Al Huseyn ilə görüşüb
Zeid Raad Al Huseyn beynəlxalq tələblərə uyğun olan səmərəli və fəal işləri üçün təşəkkür edərək vurğulayıb ki, BMT də ombudsman institutundan bu işləri gözləyir.
Görüş zamanı Arman Tatoyan Ali Komissara cari ilin aprel ayında Azərbaycanın başlatdığı təcavüzlarda Artsax sakinlərinə qarşı Azərbaycan silahlı qüvvələri tərəfindən töredilmiş vəhşiliklərin konkret nümunələri və insan hüquqlarının pozulmalarını təqdim etdi.
Omdudsman Ali Komissara Artsax Ombudsmanının bu olaylarla bağlı hesabatını da təqdim edib. Hesabatda qadağan silahlardan mülki qəsəbələri hədəfləyən hücumları ilə bağlı konkret məlumatlar vardır.
İnsan Hüquqları Şurasının 33-cü iclasında Ali Komissar öz çıxışında qeyd etdi ki, Dağlıq Qarabağı ziyarət etmə imkanı olmadı və buna görə də orada insan hüquqlarının vəziyyətindən xəbərdar deyil.
Bununla əlaqədar olaraq, Ombudsman Ali Komissara Dağlıq Qarabağ Ombudsmanının Artsaxı ziyarət etə dəvətini təqdim etdi.
Arman Tatoyan beynəlxalq görüşlərdə Artsax Ombudsmanının da iştirak etmə əhəmiyyətini vurğulayıb, çünki bunun hər hansı bir siyasi məsələ ilə əlaqəsi yoxdur.
Görüş zamanı “Ombudsman haqqında” ER Konstitusiya layihəsinin əsas parametrləri təqdim edilib və bu barədə Ali Komissar ofisinin fikrinə əhəmiyyət verilib. Konstitusiya dəyişiklikləri nəticəsində Ombudsmana verilən yeni səlahiyyəti, xüsusi təşkilatlar tərəfindən insan hüquqlarının və azadlıqlarının qorunması, və bu təşkilatları tərəfindən pozulmuş hüquq və azadlıqlarının bərpası, qeyd edildi.
Görüş sonunda Ali Komissar Ermənistan Ombudsmanının beynəlxalq təşkilatlar və ER hakimiyyəti ilə əlaqələrindəki roluna əhəmiyyət verib.