Siyasət

Prezident ER makroiqtisadi inkişafına və 2017-ci il dövlət büdcəsinin proqram göstəricilərinə həsr edilmiş müşavirə keçirdi

ER Prezidenti Serj Sarkisyan ER makroiqtisadi inkişafına və 2017-ci il dövlət büdcəsinin proqram göstəricilərinə həsr edilmiş müşavirə keçirdi.

Bu haqda ER Prezidentinin administrasiyasından məlumat veriblər. ER Maliyyə naziri Vardan Aramyan 2016-cı ilin makroiqtisadi göstəricilərini, dövlət büdcəsinin axını, o cümlədən büdcə gəlirlərinin və xərclərinin gözləmə göstəricilərini,  planlı olan göstəricilərindən sapmaları və bunlarla bağlı açıqlamaları təqdim etdi.

Maliyyə naziri 2017-ci il dövlət büdcəsinin bu mərhələdəki layihəsini, riskları, bunların mümkün idarəetmə ssenariləri və 2017-ci il dövlət büdcəsinin plan layihəsinin Parlamentdəki müzakirələri nəticəsində alınmış təkliflərini təqdim edib.

Dövlət başçısı iqtisadi artırımın təşviği, büdcənin həyata keçirilmə risklərinin azaltması istiqamətində bəzi məsələləri və müvafiq təlimatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Daha çox göstər
Back to top button