BaşlıcaSiyasət

Əmin olun ki, ordumuzun müasirləşdirilməsi üçün heç bir şey əsirgəməyəcəyik: Serj Sarkisyan

Ermənistan Silahlı Qüvvələri dünyada ən yaxşılardan biri olmalıdır.

Bu barədə Ermənistan Respublikaçı Partiyasının 16-ci qurultayında ER Prezidenti, ERP-nın rəhbəri Serj Sarkisyan bəyan edib.

“Bunun üçün ən mühüm əsası, əvəzolunmaz sərvətimiz olan cəsərətli əsgərlərimiz və zabitlərimizdir. Müddətli həqiqi hərbi xidmət edən əsgərlərimiz ölkəmizin gələcəyidir, bizim gələcək nazirlərimiz, baş nazirlərimiz, alimlərimiz, iş adamlarımız, zabitlərimiz onlardır. Ordu sınağı, keyfiyyətli təhsil- sabahkı ictimaiyyətimiz budur ki, bu gün gözümüzün qabağında formalaşır”,-deyə Prezident vurğuladı.

Yeni müdafiə naziri Vigen Sarkisyandan danışaraq Serj Sarkisyan qeyd etdi ki, nazir öz  işinin öhdəsindən yaxşıca gəlir. “ Biz Silahlı Qüvvələrlə bağlı bir sıra məsələlər müzakirə etmişik və razılıq əldə etdik ki, ordu üçün al veri, hərbi təhsili, hərbi tib təhsili  diqqətimiz altında olmalıdır. Bu gün SQ-nı hərbi texniki, texnoloji və kadralra təmin edərək müasir ordu formalaşdırırıq. Son dövrdə ordu silhahlanması ciddi dəyişildi. Əmin olun ki, ordumuzun müasirləşdirilməsi üçün biz heç bir şey əsirgəməyəcəyik”,-deyə Serj Sarkisyan bəyan edib.

Daha çox göstər
Back to top button