Beynəlxalq
AŞ jurnalistlərin müdafiə edilmə platformunda ən çox Türkiyədən şikayət var

Avropa Şurası tərəfindən jurnalistlərin müdafiə edilmə məqsədilə yaradılmış platformunda son 1.5 ildə alınmış şikayətlərin əksəriyyəti Türkiyədəndir. Bu haqda Almaniyanın “Deutsche Welle” agentliyi məlumat verib.
Platformun statistik xidmətlərinin məlumatlara görə, 18 ay ərzində Türkiyədə 82 jurnalist və ya xəbər agentliyi təhlükə altındadır. Şikayətlərdən 47-i 2016-cı ildə edilmişdi. Türkiyə hökuməti 2016-cı il yanvar ayından bu məsələ ilə bağlı Avropa Şurasının suallarına cavab verməyib.