ER-RF birgə ordu qruplaşmasının razılaşması Vigen Sargsyanın Rusiyaya etdiyi səfərində imzalanacaq

ER Müdafiə naziri Vigen Sargsyan Rusiyaya etdiyi səfəri ərzində RF Müdafiə naziri ilə danışıqlardan sonra Ermənistan-Rusiya Silahlı Qüvvələrinin birgə ordu qruplaşması ilə bağlı razılaşması imzalanacaq. Bu haqda nazir Sargsyan “İzvestiya” qəzetinə verdiyi müsahibədə bildirib.
Vigen Sargsyan bildirib ki, birgə ordu qruplaşması daha əvvəl də mövcuddu və sentyabrın 27-də qruplaşmanın formallaşdırma günü kimi qeyd olunur. 2000-ci ilin bu günündə Soçidə “Ermənistan Respublikası və Rusiya Federasiyası arasında birgə təhlükəsizliyi təmin etmək üçün orduları tədbiq etmənin birgə planlaşdırma məsələləri haqqında razılaşması” imzalanmışdı.
Nazir Sargsyan imzalanacaq yeni razılaşma haqqında deyib ki, bu dövlətlərarası sənəd səviyyəsiylə və normativ-hüquqi baxımdan qruplaşmanın fəaliyyətini qeydə alacaq, hazırkı vəziyyətə əsasən qruplaşmanın məqsədlərini, problemlərini, əməkdaşlığın təşkil edilməsini, idarəetmə sistemini, maddi-texniki və maliyyə dəstəyini aydınlaşdıracaq.
Nazirin sözlərinə görə, birgə qruplaşmanın əsas məqsədi Ermənistan və Rusiyaya qarşı silahlı hücumların hazırlanmasında Ermənistan və Rusiya Silahlı Qüvvələri və digər qoşunları ilə bunların qarşısını almaqdır.