Siyasət

Ermənistan və Azərbaycan prezidentlərinin Hamburqda görüşəcəyi məlum deyil: Şavarş Koçaryan

Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyan və İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Almaniyanın Hamburq şəhərində görüşəcəkləri hələ dəqiq deyil.

Bunu “Tert.am”a açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib.

O, hər iki tərəfin görüşə hazır olması ilə bağlı qeydə belə cavab verib:

“Görüş olanda, xəbər veriləcək. Daha dəqiq desək, əgər olarsa…”.

Şavarş Koçaryan, həmçinin görüşün baş tutmasının nədən asılı olmasına dair sualı cavablandırmayıb.

 

Daha çox göstər
Back to top button