Siyasət

Qızıl Xaç aprel müharibəsindən sonra Qarabağdakı mövcudluğunu genişləndirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprel müharibəsindən sonra Dağlıq Qarabağdakı mövcudluğunu genişləndirib. Bu haqda BQXK Ermənistandakı nümayəndəliyinin rəhbəri Caroline Douilliez bildirib.

Civilnet.am-in məlumatlarına görə,   Caroline DouilliezTsaxkadzorda beynəlxalq humanitar hüquq ilə bağlı tələbələr müsabiqəsində iştirak edib.

O, Qarabağda yeni resusrsların cəlb edilməsinin və genişləndirilməsinin səbəblərini açıqlayıb. “Aprel ayındakı vəziyyətdən sonra humanitar ehtiyaclarının sayısı artıb və nəticələri aldıq. Məsələn, köçkün ailələrinə göstərilmiş dəstəklər. İkincisi isə, aprel hadisələri göstəriblər ki, Qarabağda mövcud imkanlarımız tez və səmərəli hərəkət etmək üçün kifayət qədər deyil. Oradakı imkanlarımızı artıraraq vəziyyətə daha hazır olacağıq”,-deyə BQXK nümayəndəliyin sədri bildirib.

Aprez müharibəsində beynəlxalq humanitar hüququn pozulmaları haqqında BQXK Ermənistandakı nümayəndəliyin sədri deyib ki, beynəlxalq humanitar hüququn pozulmaları haqqında münaqişə tərəfləri ilə onların gizli görüşləri keçirilir.

Daha çox göstər
Back to top button