Beynəlxalq
Almaniya şirkəti Türkiyəyə silah satmayacaq
Almaniya şirkəti Türkiyəyə silah satmamaq qərarına gəlib.
“Haber 7” qəzetinin i verdiyi məlumata görə, Avstriya parlamentinin Türkiyəyə silah satışına qadağa qoyulmasını nəzərdə tutan qalmaqallı qərarından sonra oxşar bir qərar da Almaniyadan gəlib.
Belə ki, Almaniyanın tanınmış silah istehsalçılarından olan “Heckler & Koch” şirkətinin Türkiyəyə silah satmamaq haqqında qərar qəbul etdiyi bildirilir.
“Heckler & Koch” gələcəkdə yalnız NATO üzvü və NATO ilə yaxın münasibətlərə malik demokratik, korrupsiyanın mövcud olmadığı ölkələrə silah satacaq.