Dubayda Ermənistan investisiyaları ilə bağlı konfrans keçiriləcək

ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyində nazir Suren Karapetyanın iştirakı ilə iş müzakirəsi aparılıb. Bu haqda ER İqtisadi İnkişaf və İnvestisiya Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.
Görüşdə mart ayında Dubayda keçiriləcək Ermənistanın investisiya mühitinə həsr edilmiş konfransın təşkil edilməsini müzakirə ediblər.
Müzakirə iştirakçıları hazırlıq işlərini və investisiya planlarını sektorlara görə (rabitə və nəqliyyat, energetika, istehsal, aqro-qida, təhsil, tədqiqat, yüksək texnologiyalar və dağ-mədən) tamamlaşmasında razılaşdılar. Konfransdan əvvəl müvafiq təqdimatlar və iş planları hazırlanacaqlar.
Birləşmiş Ərəb Əmirlikləri ilə birgə investisiya fondunun yaradılma perspektivi də müzakirə ediblər.