Beynəlxalq

Angela Merkel Türkiyənin Ai üzvlüyünə dair danışıqların başlanmasına qarşı çıxıb

“Reuters” agentliyinin verdiyi xəbərə görə, Almania kansleri Angela Merkel rəhbərlik etdiyi Xristian-Demokratik Birlik partiyasının qarşısında çıxışda Türkiyənin Aİ üzvlüyünə dair yeni danışıqlara başlanmasının əleyhinə olduğunu bəyan edib. Partiyanın iclasında iştirak etmiş mənbələr bildirirlər ki, bu, müzakirələrin faktiki olaraq sona çatması deməkdir. Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul etmişdi.

Bundan sonra isə Türkiyənin baş naziri Binəli Yıldırım sənədin Türkiyə üçün heç hüquqi qüvvəyə malik olmadığını bildirib.

 

Daha çox göstər
Back to top button