ER Prezidenti Gömrük sahəsində Aİİ ölkələri arasında qarşılıqlı işgüzarlığın inkişafını mühüm sayıb

ER Prezidenti Serj Sarkisyan Avrasiya İqtisadiyyat İttifaqına üzv dövlətlərinin, Gömrük xidmətləri nümayəndələrinin rəhbərlərini qəbul edib ki, onlar da Gömrük İttifaqına üzv dövlətlərinin gömrük xidmətlərini birləşdirən koleqiyanın 21-ci sessiyasında iştirak etmək məqsədiylə Ermənistana səfər etmişlər.
Bu haqda ER Prezidentinin iş heyətinin ictimaiyyət və informasiya vasitələriylə əlaqələr idarəsindən bildirilib.Respublikanın Prezidenti keçirilən kolleqiya sessiyasını mühüm sayaraq qeyd edib
ki, istənilən ölkənin işgüzar mühitinin dirçəldilməsi həmin qurumların fəaliyyətlərindən hiss olunacaq qədər asılıdır.
Yəni birləşmiş İqtisadiyyat ərazisində malların, xidmətlərin, kapitalın və iş qüvvəsi bazarının formalaşması və inkişafı bütün bunlarla zəncirvari əlaqədardır.
Gömrük İttifaqına üzv dövlətlərin gömrük xidmətləri nümayəndələrinin rəhbərləri Prezident Serj Sarkisyana birləşmiş kolleqiyanın 21-ci sessiyasının nəticələrini təqdim etmişlər və erməni həmkarlarına sessiyanı yüksək səviyyəylə təşkil etdikləri üçün təşəkkür bildirmişlər.