Təhlil

İspan saytı İlham Əliyevi 48 diktatorlar siyahısına daxil edib

Beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatına görə dünyada insan haqlarına hörmət göstərməyən 48 ölkə başçısı-diktator var.

İspan «lainformacion.com» saytı Azərbaycanın daxil olduğu siyahını təqdim edib.

Hesabatda qeyd olunur ki, Əliyevlər hakimiyyətini 1993-ci ildə Əbulfaz Elçibeyi devr etdikdən sonra aldılar. 2003-ci ildə İlham Əliyev atasını Heydər Əliyevi əvəz elədi.

Qeyd olunur ki, iqtidar öz vədlərini yerinə yetimədi və vaxtaşırı anti xalq hərəkətlərə əl atır. Bundan başqa, ölkədə çoxlu siyasətçilər və jurnalistlər öz fəaliyyətlərinə görə həbs olunublar.

Xatırladaq ki, “Sərhədsiz repartyorlar” təşkilatı 35 dövlət xadimi, o cümlədən Azərbaycan prezidentini “mətbuat düşməni” elan etmişdi.

 

Daha çox göstər
Back to top button