Siyasət
RF XİN-də KTMT-nin Yerevanda qəbul edilmiş stategiyası ilə bağlı məsələlər müzakirə olundu

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyində KTMT-də RF-nın iştırakı ilə bağlı məsələlər müzakirə olundu.
RF XİN rəsmi saytının bildirdiyinə görə, görüşdə Rusiya xarici işlər, müdafiə, daxili işlər, maliyyə ticarət və sənaye, fövqəladə hallar nazirliklərinin, federatif təhlükəsizlik xidmətinin və təhlükəsizlik şurasının nümayəndələri iştirak ediblər.
RF xarici işlər nazirinin müavini Vasili Nabenzya , oktyabrın 14-də Yerevanda baş tutumuş KTMT Kollektiv Təhlükısizlik Şurasının iclasının nəticələrini təqdim edib. O vurğuladı ki, Yerevan görüşündə 2025 ilə qədər KTMT-nin kollektiv təhlükəsizliyinin stategiyası qəbul edildi.
Görüşdə Rusiyanın tərəfdaş dövlətləri ilə əməkdaşlığa dair məsələlər də müzakirə olundu.