Ceyms Uorlik: Danışıqlar masasında yaxşı fikirlər və təkliflər var
ATƏT-in Minsk Qrubunun ABŞ həmsədri Ceyms Uorlik bəyan edib ki, həmsədr vəzifəsidən istefa verməsi şəxsi səbəblərlə bağlıdır.
Bu haqda Uorlik APA-ya verdiyi müsahibəsində dedi.
“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri vəzifəsindən istefa verməyim tamamilə şəxsi səbəblərlə bağlıdır. Mən ABŞ diplomatı kimi qiymətli karyera dövrü keçdim və 30 illik xidmətdən sonra özəl sektorda işləməyi düşünürəm”, -deyə Uorlik bəyan edib. O qeyd etdi ki, yaxın gələcəkda müvəqqəti həmsədrin adı bəyan ediləcək.
O bəyan edib ki, MQ-nun amerikalı həmsədri vəzifəsini icra etmək onun üçün şərəf idi. “Mən əminəm ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər və tərəflərdən heç biri müharibə istəmir. Bizim davamlı sülhə nail olmaq istiqamətindəki bütün səylərimiz məhz bu məqsəd istiqamətində irəliləməyə yönəlib.”,- deyə Uorlik vurğuladı.
Münagişənin nizamlanmasına toxunaraq həmsədr qeyd edib: “Masa üzərində hərtərəfli sülhə nail olmaq istiqamətində bazanı formalaşdıra biləcək yaxşı ideyalar və təkliflər, elementlər var. İstənilən danışıqlar prosesində olduğu kimi, üzərində işlənilməli olan müəyyən fikir ayrılıqları olsa da, prezidentlər İlham Əliyev və Serj Sərkisyan sülh yolu irəliləməyə sadiqliklərini ifadə ediblər. Bizim indi daha çox görməyə ehtiyac duyduğumuz məsələ bu danışılar istiqamətində irəliləmək öhdəliyini üzərilərinə götürmələri ilə bağlı prezidentlərin siyasi iradə nümayiş etdirməsidir”
Hamburgda keçirilə biləcək görüşə gəlincə həmsədr deyib: “Biz Hamburqda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirinin görüşünü Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla dialoqu davam etdirmək imkanı kimi nəzərdən keçiririk. Davamlı nizamlamaya gətirib çıxara biləcək istənilən yolla tərəflərlə işləməyə hazırıq.”