BaşlıcaBeynəlxalq

MDB ölkələri MN şurası sessiyasının çərçivələrində Viqen Sarkisyan ikitərəfli görüşlər keçirib

Moskvada bu gün MDB iştirakçı dövlətlərin Müdafiə nazirləri şurasının növbəti 71-ci sessiyası keçirilib. Sessiyada ER Müdafiə naziri Viqen Sarkisyan iştirak edib.

Bu haqda ER Müdafiə nazirliyinin informasiya xidmətindən məlumatlandırılıb.

Sessiya ərzində MDB iştirakçı dövlətlərin Müdafiə nazirliklərinin əməkdaşlığını nizamlayan bir sıra sənədlər müzakirə olunub.2016-cı il ərzində aparılan işlər təhlil olunmuş, 2017-ci ildə planlaşdırılmış birgə iş istiqamətlərinə toxunulmuşdur.

Sessiya nəticələriylə, MDB birləşmiş HQM sistemini, rabitə sistemlərini inkişaf etdirmək, eləcə də, humanitar mərmitəmizləmə, hərbi kadrların hazırlığı, hərbi hazırlıq və birgə səhra təlimləri,hərbi-idman və təhsilin digər birgə proqramlarına dair qərarlar qəbul olunub.

MDB iştirakçı dövlətlərin Müdafiə nazirləri şurasının sessiyası çərçivələrində ER Müdafiə naziri Viqen Sarkisyan RF Müdafiə naziri, ordu generalı Serqey Şoyquyla və Belorus Respublikasının müdafiə naziri, general-leytenant Andrey Rafqovla ikitərəfli görüşlər keçirib.

Ermənistan Respublikası və Rusiya Federasiyasının Müdafiə nazirlərinin görüşləri ərzində ER və RF arasında “Ermənistan Respublikasının Silahlı qüvvələri qoşunlarının birləşmiş qruplaşması” barədə razılaşma imzalanıb.

Tərəflər həmçinin ER və RF Müdafiə nazirliklərinin 2017-ci il üçün əməkdaşlıq proqramını təstiqləmişlər.

Ermənistan Respublikasının və Belorus Respublikasının Müdafiə nazirlərinin görüşü ərzində iki dövlətlərin Ali Müdafiə idarələrinin 2017-ci il üçün əməkdaşlıq proqramı imzalanıb.

Daha çox göstər
Back to top button