
Ermənistanın Xİ naziri Edvard Nalbandyan, dekabrın əvvəlində Almaniyanın Hamburq şəhərində Azərbaycanın Xİ naziri Elmar Məmmədyarovla görüşünün keçiriləcəyini istisna etmir.
“İstisna etmirəm, lakin hələlik həmin görüş təstiqlənməyib”-deyə “Azadutyun”un sualına Nalbandyan cavab verib.
ATƏT MQ həmsədrləri ümidvar olduqlarını bildirmişlər ki, iki ölkələrin Xİ nazirlərinin növbəti görüşü Hamburqda dekabrın 8-də və 9-da keçiriləcək ATƏT Xİ nazirlərinin növbəti toplanışı çərçivələrində keçiriləcəkdir.