Beynəlxalq

AXCP fəalı həbsdə saxlandı

Bakı Apellyasiya Məhkəməsi AXCP fəalı İslam Sahiboğlunun 30 sutka həbslə bağlı şikayətini təmin etməyib. Bunu Azadlıq Radiosuna vəkil Əshabəli Mustafayev bildirib.

Onun sözlərinə görə, İslam Sahiboğlu prosesdə deyib ki, o, siyasi motivlərlə həbs olunub. Hazırda müdafiə tərəfi Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamağı nəzərdə tutur.

İslam Sahiboğlu noyabrın 25-də saxlanıb və həmin gün polisə tabe olmamaq ittihamı ilə 30 sutkalığa həbs olunub.

Hazırda azı 5 AXCP üzvü inzibati qaydada həbsdədir.

Daha çox göstər
Back to top button