Beynəlxalq

Bayram Məmmədova 10 il 6 ay iş istənildi

Gənc fəal Bayram Məmmədovun işi üzrə məhkəmə istintaqı başa çatıb.

Dövlət ittihamçısı Ramin Nağdəliyev ona 10 il 6 ay iş istəyib.

Bu haqda Azadliq.info məlumat verir.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar.  Azərbaycan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü məhkəmədə deyib ki, o, Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Daha çox göstər
Back to top button