Beynəlxalq

Ayatollah Şabestari: “Bakı İsrail baş nazirinin Bakıya səfərinin qarşısını almalıdır”

“Bakı İsrail baş naziri Beniamin Netanyahunun səfərinin qarşısını almalıdır”,-  İranın “Anaj” xəbər agentliyinin məlümatına görə, bu haqda Şərqi Azərbycan əyalətində İİR dini liderinin nümayəndəsi Ayatollah Moctahed Şabestari bəyan edib.

İran mənbəyinin məlümatına görə,  Təbrizdə baş tutan cümə namazında İranlı yüksək səviyyəli  din xadimi yaxın zamanlarda İsrail baş nazirinin Bakıya gedəcəyi məsələsinə toxunaraq xüsüsilə vurğuladı: “Azərbaycan müsəlman ölkəsidir,  İsrail isə islamın düşmənidir, buna görə də Azərbaycan hökümətindən  bu insanın ölkəyə girməsinin qarşını almasını gözlənilir”.

Daha çox göstər
Back to top button