Beynəlxalq

Azərbaycan Baş Prokurorluğu “politika.az” portalına xəbərdarlıq edib

Azərbaycan Baş Prokurorluğu “Politika.az” xəbər portalına xəbərdarlıq edib.

Azərbaycan Baş Prokurorluğun press-relizinə görə buna səbəb politika.az xəbər portalında müxtəlif başlıqlı məqalələrdə “təbii qaz və elektrik enerjisinin satış qiymətlərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarına  ölkə ictimaiyyətinin guya etiraz etməsi barədə məlumatlar yerləşdirməsi” olub.

Portal “Kütləvi informasiya vasitələri haqqında” qanunun tələblərini kobud surətdə pozmaqda, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlara kölgə salmağa cəhd etməkdə ittiham olunur.

“Belə ki, həmin informasiyalarda Tarif Şurasının qərarının əhalinin iqtisadi vəziyyətinin pisləşməsinə xidmət etməsi, yaxın günlərdən etibarən ərzaq və digər məhsulların, eləcə də xidmətlərin qiymətinin qalxmasının qaçılmaz olması xüsusi qeyd edilməklə, vətəndaşların kütləvi şəkildə aksiyalarda iştirakı üçün açıq şəkildə təhrikedici mövqe nümayiş etdirilmişdir”, deyə Prokurorluğun press-relizində bildirilir.

Politika.az dəqiq siyasi mövqeyi olmayan, müxtəlif səviyyəli məmurlar haqqında tənqidi materiallar dərc edən internet nəşridir.

Daha çox göstər
Back to top button