İctimaiyyət

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı bir sənəd DQR-nın razılığı olmadan həyata keçirilə bilməz

Artsaxdakı QHT-ləri Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bəyənat yayıblar. Bəyənatda qeyd edilir:

“1991-ci il dekabrın 10-də DQR-nın xalqı müstəqilyi haqqında referandumda öz iradəsini ifadə edərək, beynəlxalq hüququn bütün normlarına və SSRİ qanunları əsasında hüquqi baxımından Azərbaycan Respublikasına aid olmayan ərazisində dövlət elan etdi. Özünə məcbur edilmiş müharibədə  Dağlıq Qarabağ Respublikası həm qanuni , həm də tarixən məxsus DQ-ın ərazisindən kənar çıxmadı.Bu ərazilərin statusu 2006-ci ildə qəbul olunmuş DQR konstitusiyasında müəyyən edilib. Buna görə də, Dağlıq Qarabağ Respublikasında “ərazilərin təhlükəsizlik zonası” yoxdur. DQR-nın bütün ayrılmaz hissələri “DQR inzibati ərazi bölgüsü haqqında” qanuna görə müəyyən edilir. Biz DQ-da sülhün təmin edilməsi məqsədilə vasitəçilik səylərini alqışlayırıq, lakin bir dəfə da xatırladırıq ki, DQR-nın tam və bərabər iştirakı olmadan Artsaxın taleyi və maraqları ilə bağlı hər hansı bir razılıq bizim üçün qəbul edilə bilmez. Biz əminik ki, münəqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupu tərəfindən təqdim edildiyi hər hansı bir sənəd DQR-nın xalqının razılığı olmadan həyata keçirilə bilməz.

Daha çox göstər
Back to top button