Dekabrın 5-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Nüvə Təhlükəsizliyi üzrə Nazirlər Konfransında iştirak etmək üçün Vyanaya səfər edəcək. Bu haqda ER XİN mətbuat xidməti məlumat verir.
Dekabrın 7-də Brüsseldəki NATO mənzil-qərargahında xarici işlər naziri NATO-nun üzvü olan və tərəfdaşdaş dövlətlərinin Əfqanıstana həsr olunmuş nazirlər görüşündə iştirak edəcək.
Həmin gündə Edvard Nalbandyan Parisdə Açıq Hökumət Tərəfdaşlığı sammitində iştirak edəcək.
Dekabrın 8-9-da Ermənistan xarici işlr naziri Hamburqda ATƏT Nazirlər Şurasının 23-cü iclasında çıxış edəcək. ATƏT Nazirlər Şurası çərçivəsində bir sıra görüşlər nəzərdə tutulur.
Dekabrın 10-da Ermənistan XİN başçısı Parisdə Avrupada akkreditə edilmiş Ermənistanın səfirləri ilə ənənəvi olaraq müşavirə keçirəcək.