İran və Ermənistan arasında elektrik enerjisinin mübadiləsi dörd dəfə artacaq

İran energetika naziri bildirib ki, gələcəkdə İran və Ermənistan arasında elektrik enerjisinin mübadilə həcmi dörd dəfə artacaq və 300-dən 1200 meqavata çatacaq. İranın “Mehr” agentliyinin verdiyi məlumata görə, Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatları naziri Aşot Manukyanın və İran energetika naziri Hamid Çitçianın iştirak etdiyi İran-Ermənistan hökumətlərarası Şurasının 14-cü iclasının əsas məsələləri elektrik verilişinin üçüncü xətti Şimal-Cənub dəhlizi və Fars körfəzindən Qara dənizə gedən boru kəmərinin tikintisi idi.
İran energetika naziri qeyd etdi ki, Ermənistan Prezidenti Serj Sarkisyanın ediləcək səfəri Ermənistan-İran arasında energetik və iqtisadi ikitərəfli əməkdaşlığın inkişaf məsələlərini müzakirə etməyə imkan verəcək.