BaşlıcaSiyasət

ER xarici işlər naziri “Ermənistan Respublikasına qarşı nüvə təhlükəsizliyi ilə bağlı Azərbaycan və Türkiyənin ittihamları həqiqətə uyğun deyil”

ER xarici işlər naziri Edvard Nalbandyan Nüvə Təhlükəsizliyi üzrə beynəlxalq konfransında çıxış edib. ER XİN informasiya və  ictimaiyyətlə əlaqələr şöbəsinin məlümatına görə, Edvard Nalbandyan qeyd edib:

“Ermənistan həm milli həm də beynəlxalq səviyyələrdə beynalxalq hüquq sənədlərini imzalayaraq və icra edərək, nüvə təhlükəsizliyinin gücləndirilməsinə böyük əhəmiyyət verir. Ermənistan BMT-nın Təhlükəsizlik Şurasının 1540-cı qətnaməsiylə boynuna götürülmüş beynəlxalq öhdəliklərini tamamilə icra edir. Ermənistanın milli tədbirlərinin 2015-2020-ci illərin planı həm artıq həyata keçirilmiş həm də sonrakı milli tədbirləri nəzərdə tutur. Biz nüvə təhlükəsizliyi ilə bağlı Nüvə Terroruna Qarşı Mübarizəsinin Qlobal planı və Yayma təhlükəsizliyi kimi təşəbbüslarda fəal şekildə iştirak edirik.  Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsizliyi həmişə yüksək səviyyədədir. Ermənistan hökümətinin Metsamor Atom Elektrik Stansiyasının işlədilməsi müddətinin uzadılması barədə qərarı stansiyanın təhlükəsizliyinin təmin edilməsini vurğulayaraq,  Beynəlxalq Atom Enerjisi Təşkilatı və beynəlxalq tarafdaşlarımız ilə birgə müzakirələr nəticəsində verilib.  Beynalxalq müqavilələrə  heç bir uyğunsuzluq qeyd edilməyib.

Bu məzmunda əfsüslər olsun ki , BAET-nın üzvü olan bəzi ölkələr, xüsusilə Azərbaycan və Türkiyə, BAET-na , onun qərarlarına hörmətsizlik göstərərək beynəlxalq platformalardan öz dar siyasəti, təşviqatı  üçün istifada etməyə cəhd edir və Ermənistanı əsassız günahlandırırlar. Davamlı olaraq səsləndirilən bu qondarma ittihamlar həqiqəti əks etdirmir”.

 

Daha çox göstər
Back to top button