Ekonomika

Hökumətdə Ermənistan-Asiya İnkişaf Bankı arasında əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib

Baş nazir Karen Karapetyan bu gün Ermənistanda Asiya İnkişaf Bankının (AİB) ER-dakı ofisinin direktoru Şeyn Rozentalın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Hökumətin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş nazir Asiya İnkişaf Bankı ilə əməkdaşlıq və müxtəlif sahələrdə bir neçə səmərəli proqramların həyata keçirilməsi ilə bağlı məmnuniyyətini dilə gətirdi. Hökumətin prioritetlərinə gəlincə isə, Baş nazir dövlət idarəetmə sisteminin islahatları və Strateji Təşəbbüslər Mərkəzinin yaradılması haqqında ətraflı məlumatlar verərək bu proseslərə Asiya İnkişaf Bankının mümkün cəlbinə də əhəmiyyət verib.

Şeyn Rozental Ermənistanla əməkdaşlığı yükəsk qiymətlədirərək qeyd etdi ki, AİB yalnız birgə təşəbbüslərə deyil, cari ehtiyaclarının araşdırılmasına və ER Hökumətinin layihələri ilə qeyd edilmiş prioritetlərinin həyata keçirilməsinə də dəstək verəcək.

Görüşdə nəqliyyat, enerji, infrastruktur inkişafı və özəl sektorların dəstəklənməsində birgə proqramlara, o cümlədən əməkdaşlığın genişləndirməsinə dair məsələlər müzakirə edilib. Baş nazir dövlət-özəl sektor əməkdaşlığına əsaslanan və biznesin inkişafını təmin edən proqramların təşkil edilməsinə əhəmiyyət verdi və məsullara AİB ilə edəcəkləri ətraflı müzakirə etmələrini istədi.

Daha çox göstər
Back to top button