Ekonomika
Nematzade: İran Meğri şəhərində azad ticarət zonasının yaradılmasına təşviq edəcək

İRNA agentliyinin verdiyi məlumatlara görə, İranın dağ-mədən və ticarət naziri Mohammad-Rıza Nematzade bildirib ki, İran Ermənistanın Meğri şəhərində azad ticarət zonasının yaradılmasına təşviq edəcək.
Qeyd edək ki, Nematzade bu bəyanatı Ermənistanın enerji infrastrukturu və təbii ehtiyatları naziri Aşot Manukyan ilə görüşdə etmişdi.
Görüş zamanı Nematzade qeyd etdi ki, İranın azad ticarət zonalarının yaradılma məsələlərində təcrübəsi vardır və bu təvrübəni Ermənistanla paylaşmağa hazırdır.
“İran və Ermənistanın iqtisadi və sənaye əlaqələrinin prespektivləri vardır”,-deyə nematzade bildirib. Nazir texnologiya və bilik mübadiləsi haqda anlaşma memorandumu imzalanmağa çağırıb.