Siyasət
”Protokoldakı imza Fikrət Fərəməzoğlunun deyil”

Vəkillərin ekspertiza tələbi təmin edilmədi
Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Jam.az” saytının həbsdə olan rəhbəri Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Eldar Mikayılovun sədrlik etdiyi iclasda F.Fərəməzoğlu məhkəmə tərkibinə etirazının olmadığını deyib. Daha sonra F.Fərəməzoğlunun vəkilləri Cavad Cavadlı və Elçin Sadıqov vəsatətlə çıxış ediblər. Onlar maddi sübutların götürülməsi haqqında protokoldakı imzaların F.Fərəməzoğluna məxsus olmadığını deyiblər. Vəkillər həmin imzalarla bağlı ekspertiza keçirilməsini istəyiblər. Zərərçəkmiş şəxslər isə vəsatətin təmin edilməməsini xahiş ediblər. Məhkəmə vəsatəti təmin etməyib.
Proses dekabrın 15-də davam edəcək.