
Dekabrın 5-də ABŞ-da işgüzər səfər çərçivəsində Artsax Respublikasının baş naziri Arayik Harutyunyan Vaşinqtonda erməni təşkilat rəbərlikləri ilə görüşüb və ER səfirliyində təşkil etdiyi qəbulda iştirak etdi. Artsax Respublikasının hökemət administrasiyasının bildirdiyinə görə, baş nazir Amerika Erməni Konqresi və Amerika Erməni Milli Komitəsinin ( Hay Dat) rəhbərləri ilə görüşüb, onlarla ümumerməni əhəmiyyət daşıyan və Artsax ilə bağlı əməkdaşlığın genişləndirilməsi barədə məsələlər də müzakirə etdi. A. Harutyunyan Artsax barədə ABŞ dövlət orqanlarının qərarların qəbul olmasında təşkilatların rolunun əhəmiyyətini vurğuladı. Artsax baş naziri sonra ABŞ-dakı ER səfirliyində təşkil olunduğu qəbulda iştirak edib. Qəbulda dini xadimlər, erməni icmasının nümayəndələri, həmçinin xarici qonaqlar da iştirak ediblər. Baş nazir çıxışında DQR-nın dövlət quruculuğu, iqtisadi inkişaf və təhlükəsizlikla bağlı məsələlərdən danışdı.