Beynəlxalq

Azərbaycanda jurnalistə həbs təhlükəsi

Jurnalist Elçin Həsənovu həbs təhlükəsi gözləyir. Buna səbəb prokurorun jurnalistin adı keçən işlə bağlı Ali Məhkəməyə kassasiya protesti verməsidir.

Cinayət işinə 2015-ci ilin fevralında E.Həsənovla “Asiya” agentliyinin rəhbəri Cəfər Cəfərov arasındakı insident səbəb olub. İyunun 1-də Nizami Rayon Məhkəməsi onun 1 il icbarı işə cəlb edilməsi barədə qərar çıxarıb.

Prokuror bu hökmdən etiraz verərək ittihamın daha ağır maddəyə – CM-in 221.3-ci maddəsinə (odlu silah tətbiq etməklə xuliqanlıq) tövsif edilməsini və cəzanın 3,5 il müddətinə azadlıqdan məhrumetməyədək sərtləşdirilməsini tələb edib. Lakin Apelyasiya Məhkəməsi cəzanı sərtləşdirməyərək birinci instansiya məhkəmənin hökmünü qüvvədə saxlayıb.

Daha çox göstər
Back to top button